Təhsil işçilərindən yardım adı ilə məcbur pul yığılır? – İttihama cavab

Təhsil işçilərindən yardım adı ilə məcbur pul yığılır? – İttihama cavab

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov sosial şəbəkə hesabında  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) rəsmi ərizə forması tərtib edərək məktəblərə yolladığını yazıb. Ekspert Türkiyədə zərərçəkənlərə yardım məqsədilə tərtib edilmiş həmin ərizənin müəllimlər tərəfindən məcburi şəkildə imzalandırıldığını iddia edib.

 

K.Əsədovun sözlərinə görə, müəllimlər əməkhaqlarının müəyyən hissəsini kampaniyaya qoşularaq ianə etməyə məcbur edilir.

 

Məlumatın səhihliyini öyrənmək üçün AGMA-nın İdarə Heyətinin sədri Rüfət Əsədzadə ilə əlaqə saxladıq.

 

Sədr Sfera.az-a açıqlamasında təmsil etdiyi təşkilat tərəfindən məktəblərə hansısa müraciət edilmədiyini və yayılan ərizə formasının onlara aid olmadığını bildirdi:

 

"İanənin təqdim olunması könüllü şəkildə həyata keçirilir. Məbləği birbaşa kart vasitəsilə onlayn formada, həmçinin "eManat" ödəniş terminalları vasitəsilə və saytımızda təqdim olunan ərizə formasını yükləyərək ödəmək mümkündür. Bundan başqa, banka yaxınlaşaraq bank revizitlərini doldurub o formada da kampaniyaya qoşulmaq olar.

 

İnternetdə yayılmış ərizə forması isə bizə aid deyil. Biz heç bir məktəbə ərizə yollamamışıq. Kampaniya barədə daha çox şəxsin məlumatlanması üçün Regional Təhsil İdarəsinə məktub göndərmişik. Onlar da sosial media hesablarında paylaşıblar ki, bütün proseslər onlayndır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR