SON DƏQİQƏ - Bakıda zavodda partlayış - 4 fəhlə yandı
12:30 / 08.10.2016
1995
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.
"Report”un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.