Zaxarovadan ABŞ səmasındakı UNO-lara İRONİK REAKSİYA: "Hələ pokemonlar da..." 

Zaxarovadan ABŞ səmasındakı UNO-lara İRONİK REAKSİYA:

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ səmasındakı naməlum hava obyektləri (UNO) ilə bağlı məsələyə münasibət bildirib.

 

Sfera.az-ın məlumatına görə, o, “Sputnik” radiosuna açıqlamasında UNO-ları seçkilərlə əlaqələndirib.

 

“ABŞ-da tezliklə seçkilər baş tutacaq – məsələ budur, nöqtə.  Ona görə pokemonlar da olacaq, UNO-lar da.. Çünki Rusiya mövzusunda uzağa getmək mümkün deyil, onlar bunu tamamilə tükəndiriblər. Vaşinqton Rusiya məsələsini öz informasiya və siyasi sahələrində absurd vəziyyətə gətirdi. Mən sadəcə uzun illər təbliğ edilən bir mövzudan xilas ola biləcək əlavə resurslar görmürəm. ABŞ-yə ictimaiyyəti təəccübləndirəcək bir şey lazımdır”, -  Zaxarova deyib. 

 

O həmçinin əlavə edib ki, Bayden administrasiyasının Rusiya mövzusuna qayıtması daha çox suallar doğuracaq.

 

Xatırladaq ki, keçən həftə Şimali Amerika Birgə Aerokosmik Müdafiə Komandanlığı üç naməlum obyekt qeydə alıb. Onlardan ikisi ABŞ hərbçiləri tərəfindən milli hava məkanında, biri isə Kanada ərazisi üzərində vurulub. Bildirilib ki, hər üç obyekt Çin şarından xeyli kiçik olub və zahirən ona bənzəmir. Bunlardan sonuncusu bazar günü ABŞ və Kanada sərhədindəki Huron gölü üzərində məhv edilib - onun qalıqları, ehtimal ki, Kanadanın ərazi sularına düşüb. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR