BMT dəniz səviyyəsinin yüksəlməsindən narahatdır: “Hər 10 nəfərdən biri...”

BMT dəniz səviyyəsinin yüksəlməsindən narahatdır: “Hər 10 nəfərdən biri...”

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş dəniz səviyyəsinin yüksəlməsinin  yüz milyonlarla insana təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, o, dənizlərin 1900-cü ildən bəri sürətlə yüksəldiyini qeyd edib.

 

BMT Təhlükəsizlik Şurasının dəniz səviyyəsinin qalxmasının beynəlxalq sülh və təhlükəsizlik üçün fəsadları ilə bağlı müzakirədə Quterreş Banqkok, Buenos Ayres kimi böyük şəhərlər kimi Banqladeş, Çin, Hindistan və Hollandiya kimi ölkələrin də təhlükə altında olduğunu söyləyib. O, Cakarta, Laqos, London, Los Anceles, Mumbay, Maputo, Nyu-York və Şanxayın risk altında olacağını bildirib.

 

"Təhlükə xüsusilə aşağı hündürlüklərdə sahil zonalarında yaşayan təxminən 900 milyon insan üçün ciddidir - bu, Yer kürəsində hər 10 nəfərdən biridir. Son 11 min ildə heç vaxt olmadığı qədər istiləşmə var. İqlim dəyişikliyi planeti qızdırır, buzlaqların və buz təbəqələrinin əriməsinə səbəb olur ki, bu da NASA-ya görə Antarktidada hər il orta hesabla 150 milyard ton buz kütləsinin tökülməsinə səbəb olur. Dünyamız yaşana bilən gələcəyin tələb etdiyi 1,5 dərəcə istiləşmə həddini aşır və indiki siyasətlə 2,8 dərəcəyə doğru gedir. Bu isə həssas ölkələr üçün ölüm hökmüdür", - BMT rəhbəri vurğulayıb.

 

Onun sözlərinə görə, Himalay dağlarında buzların əriməsi artıq Pakistanda daşqınları intensivləşdirib. Lakin yaxın onilliklərdə Himalay buzlaqları azaldıqca qüdrətli Hind, Qanq və Brahmaputra çayları da daralacaq. Quterreş bildirib ki, Himalay dağlarının çay hövzələrində yaşayan yüz milyonlarla insan həm dəniz səviyyəsinin yüksəlməsinin təsirindən əziyyət çəkəcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR