ABŞ dövlət katibinin Azərbaycan rəsmiləri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI

ABŞ dövlət katibinin Azərbaycan rəsmiləri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI

ABŞ dövlət katibinin Azərbaycan rəsmiləri ilə söhbətlərində Dağlıq Qarabağ məsələsi də müzakirə olunur. 

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.


“Dövlət katibi azərbaycanlı həmkarları ilə danışanda onlar geniş spektrli məsələləri, o cümlədən Dağlıq Qarabağı, regional problemləri müzakirə edirlər, lakin insan haqları ilə bağlı daha geniş söhbət gedir”.

 

Onun sözlərinə görə, Vaşinqton insan haqları məsələlərini Azərbaycanla müzakirəyə önəm verir. 

 

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışığında rəsmi Bakının sülhyaratma proseslərini dəstəklədiyini deyib. O, eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycanla danışıqların bərpasına çağırıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR