"Ümid onadır, müharibəni bitirmək üçün... " - Sevastyanov

Roma Papası Rusiyaya sülh proqramı təklif etmək istəyir.

 

Sfera.az bildirir ki, bunu Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.

 

O qeyd edib ki, Roma Papası Fransisk Ukraynada yaranmış münaqişəni müzakirə etmək üçün Moskvaya getməyə hazırdır. 

 

“Roma Papasının Rusiya ilə Qərb arasında qarşıdurmanın sülh yolu ilə həllini təklif etmək planı var. O, Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq, Moskvaya gəlmək istəyini təsdiqləyib”, - Sevastyanov “RİA Novosti”yə deyib. 

 

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin dostu, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni “Ukrayna münaqişəsinin effektiv həlli yollarını yalnız Roma Papası təklif edir. Yaranmış vəziyyət üçün başqa heç kimin çıxış yolu yoxdur”, - deyə söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR