Sevda Ələkbərzadənin Türkiyə konserti təxirə düşdü

Maqazin
00:05 / 15.02.2023
16728
Əməkdar artist Sevda Ələkbərzadənin fevralın 23-də Türkiyədə keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.
Sfera.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb.
"Türkiyədə baş verən dəhşətli faciə hamımızı sarsıtdı. Bu səbəbdən fevral ayına planlaşdırılan konsertimizi başqa vaxta keçirdik. Tarix barədə əvvəlcədən məlumat verəcəyik. Aldığınız biletlər keçərli olacaq" - deyə S.Ələkbərzadə qeyd edib.