Məşhur dünya ulduzlarından zəlzələ qurbanlarına kömək çağırışı - FOTOLAR

Məşhur dünya ulduzlarından zəlzələ qurbanlarına kömək çağırışı - FOTOLAR

Şahzadə Uilyam, Kate Middleton, Mohsen Namjoo, Shakira, Antonio Banderas, Della Miles, Simone Simons, Russell Crowe, Ricky Martin və daha bir çoxları Türkiyədəki zəlzələdən sonra dəstək və başsağlığı mesajları veriblər. Dünya şöhrətli Puerto-Rikolu müğənni Riki Martin də zərər çəkmiş uşaqlara kömək istəyib.

 

Sfera.az bildirir ki, Türkiyədəki zəlzələdən sonra dünya şöhrətli sənətçilər sosial media vasitəsilə Türkiyəyə başsağlığı mesajları yaymağa davam edir.
 

Həmin məşhurlar arasında Natali Portman da var.
 

Riki Martin sosial media hesabında paylaşdığı videoda "Bildiyiniz kimi böhranlı vaxtlarda sakit qala bilmirəm. Türkiyə və Suriyada baş verən zəlzələdən sonra gördüyümüz mənzərələr ürəyimi parçalayır" deyib.


“BİZ KÖMƏK ETMƏLİYİK”
 

Müğənniliyi ilə yanaşı "UNICEF-in xoşməramlı səfiri" kimi də fəaliyyət göstərdiyini xatırladan Martin, "Hazırda orada vəziyyət çox çətindir. Artıq görüntüləri izləyirsiniz. Ona görə də kömək etməliyik" deyə UNICEF-in ianə kampaniyasının linkini paylaşıb.
 

Qeyd edək ki, "Latın popunun kralı" kimi tanınan Riki Martin 1990-cı illərdə albomları ilə şöhrət qazanıb. Martin bir çox mükafatlar, o cümlədən Grammy və Latın Grammy mükafatları alıb.


Uilyam və Keytin rəsmi Twitter hesablarında paylaşılan mesajda belə sətirlər yer alır: "Bu həftə Türkiyə və Suriyadan gələn kədərli görüntülərə baxanda dəhşətə gəldik. Zəlzələdən zərər çəkənlərin yanındayıq. Təşkil etdiyi kampaniyaya dəstək olmaqdan məmnunuq”.


Böyük fəlakətdən zərər çəkənlərə yardım kampaniyaları elan edənlərdən biri də məşhur britaniyalı aktrisa Helen Mirrendir.

 

Ulduz aktrisa türkiyəli dostu Sedef Aygünün qurduğu dərnəyin təşkil etdiyi xeyriyyə kampaniyasını İnstaqram səhifəsində paylaşıb. Mirren yazıb: "Əziz dostum Sedef türkdür. O, "United Hearts" xeyriyyə təşkilatı vasitəsilə Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ qurbanları üçün kampaniyaya başlayıb". O, izləyicilərini bu kampaniyanı dəstəkləməyə çağırıb.


Məşhur iranlı musiqiçi Möhsün Namcu öz Tvitter hesabında türkcə paylaşaraq, ölkənin böyük dərdini paylaşdığını dilə gətirib. Namjoonun paylaşımında: Türkiyə! Əziz, mehriban və qonaqpərvər ev sahibim! Gözəl Ana! Alicənab xalqınız... Üzünüzdən kədər silinsin”-paylaşıb.


Şakira da həmçinin Orlando Bloom və Lopez kimi izləyicilərini UNICEF-ə ianə verməyə çağırıb. Məşhur müğənni bu böyük zəlzələnin uşaqlara dağıdıcı təsir göstərdiyi mesajını paylaşıb.

 

Xanım


OXŞAR XƏBƏRLƏR