Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO

Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO
Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən "Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, "Krokus”da çantanın içərisində kustar üsulla hazırlanmış partlayıcı maddə tapılıb.

Məlumata əsasən, maddə mərkəzdəki ayaqyolulardan birində aşkar edilib. Bəzi mənbələrə əsasən, bu üsulla cinayətkarlar hazır partlayıcı maddəni bir-birlərinə ötürmək istəyiblər.

"Federal Təhlükəsizlik Xidmətinə (FTX) məlumat daxil olmuşdu ki, "Krokus Ekspo”da terror aktı hazırlanır. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilmişdi. Mərkəzin qonaqları və əməkdaşları təxliyə edilib”, - bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mərkəzdə olanlar tam təxliyə edildikdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar. Burada həmin maddənin tərkibi aydınlaşdırılacaq.

Partlayıcı maddənin fotoşəkli də dərc olunub. Qeyd edilir ki, fotoda görünən qurğunun yalnız bir hissəsidir.

Qeyd edək ki, "Krokus Ekspo” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO
 



OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...