Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək - BU TARİXDƏN

Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək - BU TARİXDƏN

Avropa Parlamenti 2035-ci ildən daxiliyanma mühərrikli avtomobillərin satışını qadağan etmək qərarına gəlib. Yeni qanun layihəsi zərərli emissiyaların səviyyəsini azaltmağa yönəlib. 2030-cu ilə qədər Avropada daxili yanma mühərrikli minik avtomobillərinin payının 55% azalacağı gözlənilir.


Sfera.az bildirir ki, qanun layihəsinə əsasən, 2035-ci ildən Avropada daxili yanma mühərrikli yeni avtomobillərin satışı qadağan ediləcək. Bu, dünyada tamamilə elektrikli avtomobillərə keçən ilk region olacaq.
 

Avropa 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daxili yanma mühərrikli avtomobillərin sayını minik avtomobilləri üçün 55%, kommersiya avtomobilləri üçün isə 50% azaltmağı planlaşdırır. Avropa Parlamentinin deputatı Jan Huitem hesab edir ki, bu dəyişikliklər avtomobil istehsalçılarını daha çox elektrik avtomobilləri istehsal etməyə təşviq edəcək.


İldə 1000-dən 10.000-ə qədər yeni avtomobil və ya 1000-dən 22.000-dək yeni kommersiya avtomobili istehsal edən kiçik istehsalçılar 2035-ci ilin sonuna qədər qaydalardan azad ola bilərlər. Həmçinin 2026-cı ilin dekabrına qədər qanunla müəyyən edilmiş emissiya limitləri ilə yanacaq və enerji sərfiyyatı üzrə real məlumatlar arasındakı fərq izlənəcək.
 

Qeyd edək ki, qənaət naminə Amerika polisi də Tesla elektrik avtomobillərinə keçir.
 

Bundan əlavə, Avropa Parlamenti elektromobillər üçün yeni həvəsləndirmə sistemi hazırlayır. Bu, bazarı mümkün qədər tez elektrik modelləri ilə dolduracaq.
 

Avropa Motor Yağları Təsnifatının baş direktoru Siqrid de Vries avtomobil sənayesinin sıfır emissiyalı avtomobillərə hazır olduğunu bildirib. O qeyd edib ki, 2030-cu ilə qədər Avropada akkumulyatorlu elektrik avtomobillərinin payı 70%-i keçəcək.

 

Aysel


OXŞAR XƏBƏRLƏR