Təranə Səmədova həbs olundu

Təranə Səmədova həbs olundu

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

 

Sfera.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

 

Məlumatı saytımıza açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

 

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

 

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir

Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik.   Sfera.az xəbər verir ki, bu sö...

Ərdoğan: Terrorsuz Türkiyə hədəfimizə çatacağıq

Terrorsuz Türkiyə hədəfimizə çatacağıq.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında dey...

Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yer...

Milli Cəbhənin yaradıcısı Jan-Mari Le Pen vəfat etdi - 5 dəfə prezidentliyə namizəd olmuşdu

Yanvarın 7-də ifrat sağçı Milli Cəbhə partiyasının qurucusu Jan-Mari Le Pen Fransada 96 yaşında vəfat edib. Onun ölümünü qızı Marin Le Penin rəhbərlik etdiyi Mi...

Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək.   Sfera.az-ın m...

"Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur"

Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. ...