Britni Spirsin pərəstişkarları onun evinə polis çağırdı - VİDEO

Britni Spirsin pərəstişkarları onun evinə polis çağırdı - VİDEO

Amerikalı pop ulduzu Britni Spirsin fanatları polisə müraciət ediblər.
 

Sfera.az bildirir ki, Britninin qəribə davranışının ən son partlama nöqtələrindən biri adını dəyişdirməsi və sosial şəbəkələrdəki səhifələrinin deaktiv edilməsi olub. Qeyd edək ki, Britni adını hər yerdə “River Red” olaraq dəyişdirib.
 

Buna görə də məşhurun pərəstişkarları hər şeyin qaydasında olduğundan əmin olmaq üçün ulduzun malikanəsinə polisə çağırıblar.
 

Qısa müddət sonra Britni Spirs bir tvit yazaraq, pərəstişkarlarının təlaşının ona narahatlıq verdiyini bildirib.


"Pərəstişkarlarımı sevirəm və onlara pərəstiş edirəm, amma bu dəfə çox uzağa getdilər və şəxsi həyatıma müdaxilə olundu. Polis evimə girmədi. Darvazaya yaxınlaşanda heç bir problem olmadığını anladılar və dərhal sonra bu hadisə xəbərləri gündəmə gətirdi. Sanki məni qorxutmağa və ələ salmağa çalışdıqlarını hiss edirəm. Media yenə məni pis və ədalətsiz bir fonda göstərdi”- deyə ulduz pərəstişkarlarına müraciət edib.
 

Bundan əlavə, Spirs şəxsi həyatına və şəxsi məkanına hörmət etməyi xahiş edib.


Britninin ​​tvitinə şərhlərdə pərəstişkarları da müğənninin mövqeyini dəstəkləyib, yaranan narahatlığa görə ondan üzr istəyiblər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR