Koreya deputatlarından ibrətamiz hərəkət: Türkiyədəki zəlzələ qurbanları üçün...

Koreya deputatlarından ibrətamiz hərəkət: Türkiyədəki zəlzələ qurbanları üçün...

Cənubi Koreya parlamenti Türkiyə və Suriyada fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək üçün qətnamə qəbul edib. 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, qətnaməni 229 deputatdan 228-i dəstəkləyib. 


Qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsini, zəlzələ bölgəsində koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur. 


Qətnamədə ilə bağlı diqqəti çəkən məqam millət vəkillərinin davranışı olub. Millət vəkilləri aylıq maaşlarının 33 faizini zəlzələdən zərər çəkənlərə yardım məqsədilə ayrılmasına razılıq veriblər. 


Vasif


OXŞAR XƏBƏRLƏR