Kim Çen Indan qızı ilə adaş olan şəxslər bərədə ŞOK QƏRAR: "Tezliklə..."

Kim Çen Indan qızı ilə adaş olan şəxslər bərədə ŞOK QƏRAR:

Şimali Koreya lideri Kim Çen Inin verdiyi son qərar eşidənləri şoka salıb.

 

Sfera.az bildirir ki, səlahiyyətlilər ölkə başçısının 10 yaşlı qızı Ju-ae ilə eyni adda olan şəxsləri çağırıb və onlara adlarını dəyişməyi tapşırıblar. Bildirilib ki, Ju-ae adlı şəxslər barədə ölkədə araşdırma aparılır.

 

Məlumata görə, Şimali Koreyanın Cənubi Pyonqan bölgəsinin yerli hakimiyyət orqanlarına da bir neçə həftə ərzində Ju-ae adlı qadınların adlarının dəyişdirilməsi əmri verilib.

 

Qeyd edək ki, Kim Çen In 2022-ci ilin noyabr ayının sonunda qitələrarası idarə olunan raket sınağını izləyərkən qızı ilə ilk dəfə kameralar qarşısına keçib. O, fevralın 8-də kazarma ziyarətində, fevralın 9-da isə hərbi mərasimdə iddia edilən varisi Kim Ju-ae ilə birlikdə iştirak edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR