Türkiyənin Azərbaycandakı keçmiş səfiri vəzifəsinə geri qayıtdı
Dünya
11:41 / 08.10.2016
1379
Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu 4 aydan sonra yenidən vəzifəsini icra etmək üçün Berlinə qayıdıb.
Sfera.az xəbər verir ki, bu barədə "Associated Press” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Almaniyanın xarici işlər nazirinin müavini Markus Ederer 4 ay öncə Bundestaq tərəfindən qondarma erməni soyqırımının tanınması ilə bağlı qəbul edilən qərardan dərhal sonra Ankaraya çağırılmış Hüseyn Avni Karslıoğlu ilə görüş keçirib.
Nazir müavini deyib ki, səfir Hüseyn Avni Karslıoğlunun Almaniyaya geri qayıtması iki ölkə arasındakı münasibətlərin normallaşmasını nümayiş etdirir.
Xatırladaq ki, Hüseyn Avni Karslıoğlu 2007-2008-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olub.