Yanvarda sənaye istehsalı azalıb – SƏBƏB

Yanvarda sənaye istehsalı azalıb – SƏBƏB

2023-cü ilin yanvarında Azərbaycanın neft və qaz hasilatında azalmanın baş verməsi ümumən sənaye istehsalına mənfi təsir edib. 

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin ilk ayında ötən ilin eyni ayı ilə müqayisədə əmtəəlik neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı 1,3 faiz azalıb. 


Neft-qaz sektorunda istehsal göstəricilərinin pisləşməsi ümumən sənaye istehsalının 4,3 faiz azalmasına səbəb olub. 


Yanvarda sənayenin yalnız qeyri neft-qaz sektorunda istehsal artıb. Amma buradakı artım az (2 faiz) olduğundan neft-qaz sektorundakı geriləməni kompensasiya etmək mümkün olmayıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR