Rəisinin Pekin səfəri: İranla Çin Zəngəzur dəhlizi məsələsində... - ŞƏRH

Rəisinin Pekin səfəri: İranla Çin Zəngəzur dəhlizi məsələsində... - ŞƏRH

İran Prezidenti İbrahim Rəisinin Çinə ilk səfəri gözlənilir. Prezident bu ölkənin lideri Si Cinpinlə görüşəcək. Müzakirə masasında Zəngəzur dəhlizinin açılması məsələsinin olacağı bildirilir. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə İranın və Çinin Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı yaşayacağını deyib:

 

"İran prezidentinin səfəri İrana qarşı sərtləşən sanksiyalar və Vaşinqtonun təlimatı ilə İsrailin İrana qarşı əməliyyatlar keçirməsinin gündəmdə olduğu bir vaxtda baş verir. Xüsusilə qeyd etmək lazımdır ki, Çin və İran arasında iqtisadi əlaqələr də genişdir və inkişaf edir. Çin və İran bundan sonra Qərbə qarşı yeni bir cəbhədə yer alacaq. İranı bu gün əsas düşündürən məsələ neft satışının həyata keçirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsidir. Zəngəzur dəhlizinin masada olması isə bu dəhlizin açılmasının Çinin maraqlarına cavab verməsindən irəli gəlir. Hesab edirəm ki, Çin geoiqtisadi maraqlarına görə, İranın dəhlizlə bağlı mövqeyinə əks münasibət bildirəcək. Çin bu məsələdə israrlı olarsa, İranın da Çinə qarşı hansısa yaxın mövqe tutması mümkün deyil". 


 Ekspert ABŞ-Çin münasibətlərinin Çin-İran əməkdaşlığına təsir edəcəyini qeyd edib:

 

"Ümumiyyətlə, biz İran rəsmilərinin ABŞ-a düşmən ölkələrə səfərlərini müşahidə edirik. ABŞ-Çin münasibətlərinin gərginliyi İranın Çindən siyasi-iqtisadi dəstək almaq istəyini, hərbi-texniki yardım alma niyyətini gerçəkləşdirir". 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR