“İran İsfahandakı təxribata cavab verə bilər” - Anatoli Sidorov

“İran İsfahandakı təxribata cavab verə bilər” - Anatoli Sidorov

"İran İsfahandakı obyektlərə pilotsuz təyyarə zərbələrinə cavab verə bilər. Bu da Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq".

 

Sfera.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov mətbuat konfransı zamanı bildirib.

 

“Zərbələr, o cümlədən pilotsuz təyyarələrin istifadəsi, həmçinin yanvarın sonunda İranın hərbi və infrastruktur obyektlərindəki təxribat, çox güman ki, İranın cavab hərəkətlərinə səbəb ola bilər. Bu da regionda gərginliyin artmasına səbəb ola bilər”, - Sidorov bildirib.

 

Qeyd edək ki, İranın dövlət televiziyası yanvarın 29-na keçən gecə İranın İsfahan şəhərində, Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini bildirib. İsfahan qubernatorluğu partlayışı təsdiqləsə də itkilərin olmadığını açıqlayıb. İran Məclisinin İsfahan müavini Hüseyn Mirzay İsfahan şəhəri üzərində səmada görünən PUA-ların İsrailə aid olduğunu iddia edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR