Bu qidalar uşaqlarda reflüks xəstəliyi yaradır - Valideynlərin DİQQƏTİNƏ!

Bu qidalar uşaqlarda reflüks xəstəliyi yaradır - Valideynlərin DİQQƏTİNƏ!

“Son zamanlar məktəb yaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb”.

 

Sfera.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib.

 

O qeyd edib ki, məktəb yaşlı uşaqların bu qidalardan çox istifadə etməsi mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalar yaradır:

 

“Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müraciət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.  Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur. Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur. Uşaqlar arasında son vaxtlar telefon və kompüterdən istifadə, oturaq həyat tərzi nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur”.

 

Mütəxəssis bildirib ki, uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməlidir:

 

“Həmçinin onlar, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidilər. Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, “fast-food” qidalarından mümkün qədər az istifadə etmələri məsləhətdir”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR