Daha bir ölkədən vətəndaşlarına Rusiya ilə bağlı ÇAĞIRIŞ

Daha bir ölkədən vətəndaşlarına Rusiya ilə bağlı ÇAĞIRIŞ

Rusiya-Ukrayna müharibəsinin bir illiyi öncəsi bir sıra ölkələr öz vətəndaşlarını Rusiya və Belarusu dərhal tərk etməyə çağırır.


Sfera.az xəbər verir ki, Fransa, Kanada və Braziliyadan sonra indi də Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayaraq vətəndaşlarını Belarusu təcili tərk etməyə səsləyib.

 

Səbəb də eynidir: Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış vəziyyət və terror təhlükəsi.

 

Bundan əvvəl ABŞ səfirliyi də öz həmvətənlərinə Rusiya ərazisini tərk etməyi tövsiyə edib və ora getmək istəyənləri bu qərardan geri çəkilməyə çağırıb.

 

Maraqlıdır ki, dünən Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv dövlətlərin Ukraynadakı müharibəyə yanaşmalarını uyğunlaşdırmalı və birgə hərəkət etməli olduqlarını bəyan edib.

 

Məlumdur ki, "ittifaq dövlət" adı altında Rusiya-Belarus qoşunları birgə təlimlər keçirir. Ukraynada sözügedən təlimlərin hər iki ölkənin Kiyevə ümumi hücumu üçün olduğunu iddia edirlər.

 


Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR