69 ildən sonra ilk dəfə
İdman
11:24 / 08.10.2016
2942
Kuba və ABŞ-ın futbol üzrə yığma komandaları arasında 1947-ci ildən sonra ilk dəfə yoldaşlıq görüşü keçirilib. Havanadakı Pedro Marrero adına stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Qolları 62-ci dəqiqədə Kris Vondolovski, 71-ci dəqiqədə isə Culian Qrin vurub.
Görüşü ABŞ vitse-prezidenti Co Baydenin xanımı Cill Bayden də izləyib. Həmin vaxt o, Kubada qeyri-rəsmi mədəni tanışlıq səfərində olub. İki ölkə 2014-cü ildə diplomatik münasibətləri bərpa etmək istəklərini açıqlayıblar.