SSRİ-nin süqutunu dəqiq proqnozlaşdırmış tarixçinin UKRAYNA TƏXMİNİ

SSRİ-nin süqutunu dəqiq proqnozlaşdırmış tarixçinin UKRAYNA TƏXMİNİ

Sovet İttifaqının süqutunu dəqiq proqnozlaşdıran fransalı tarixçisi Emmanuel Toddun son açıqlamaları gündəm olub.

 

Sfera.az bildirir ki, tarixçi “Le Figaro” qəzetinə müsahibəsində artıq Üçüncü Dünya Müharibəsinin başladığını deyib. O, qeyd edib ki, Ukraynadakı münaqişə buna təkan sayıla bilər:

 

“Əvvəlcə məhdud ərazi müharibəsi sayılan münaqişə indi dünya müharibəsinə çevrilib. Lakin Rusiya iqtisadiyyatının müqaviməti ABŞ imperiya sistemini uçuruma aparır. Bayden ölkəsini xilas etmək üçün tələsməlidir. ABŞ-ın qlobal maliyyə sisteminə nəzarəti təhlükə altındadır. Rusiya isə hələ də Çinin pul dəstəyinə arxalana bilər”.

 

Emmanuel qeyd edib ki, ABŞ nə münaqişədən çıxa, nə də Kiyevi dəstəkləməyi dayandıra bilər: “Çünki onun çıxış strategiyası yoxdur və risklər çox yüksəkdir. Ona görə də biz indi sonu olmayan müharibənin, qarşıdurmanın içindəyik. Bunun da nəticəsi bu və ya digərinin dağılması olmalıdır. Avropalılar isə bunu açıq şəkildə etiraf etməsələr də, bir tərəfi silahla təchiz etdikləri üçün Ukrayna münaqişəsində iştirak edirlər. Özümüzü ifşa etməməyə çalışsaq da, biz rusları öldürürük”.

 

Tarixçi həmçinin söyləyib ki, ruslar təxminən beş ildən sonra qalib gələcək və ya uduzacaq:  “Bu, çox uzun bir məsafə kimi görünür, amma dünya müharibəsi üçün normal müddətdir”.

 

Fransız ziyalı həmçinin, daha əvvəl Rusiyanı məhv etmək cəhdinin “dünyanın sonu” ilə nəticələnəcəyi barədə xəbərdarlıq edən Patriarx Kirillə tam razı olduğunu deyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR