İlon Mask Üçüncü Dünya müharibəsinin qarşısını necə alıb? – Özü açıqladı

İlon Mask Üçüncü Dünya müharibəsinin qarşısını necə alıb? – Özü açıqladı

Amerikalı milyarder, Tvitterin rəhbəri İlon Mask Üçüncü Dünya müharibəsinin qarşısını aldığını deyib.

 

Sfera.az xəbər verir ki, o, bunu Ukrayna ordusunun "Starlink" peyklərinə çıxışını məhdudlaşdırmaqla etdiyini bildirib.

 

Qeyd edək ki, "Starlink"in 2200 aşağı orbitli peyk şəbəkəsi var və bu, uzaq məkanlardakı məlumatlara giriş imkanı verir.

 

Keçmiş astronavt Skot Kelli Tvitter hesabında "Ukraynanın davamlı dəstəyinizə çox ehtiyacı var. Zəhmət olmasa, "Starlink" peyklərinin bütün funksiyalarını bərpa edin. Soyqırımdan müdafiə hücum qabiliyyəti deyil. Bu, sağ qalmaq deməkdir. Günahsız insanlar həyatını itirəcək, siz kömək edə bilərsiniz", - deyə Maska müraciət edib.

 

Milyarder isə öz növbəsində, ""Starlink" Ukraynanın, xüsusən də demək olar ki, bütün digər internet bağlantılarının məhv edildiyi cəbhə xəttində rabitə dayağıdır. Lakin biz Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək münaqişənin genişlənməsinə imkan verməyəcəyik", şəklində cavab verib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR