“Müharibənin məqsədi pul və Rusiyanı talamaqdır”  - ABŞ müdafiə nazirinin keçmiş müşaviri

“Müharibənin məqsədi pul və Rusiyanı talamaqdır”  - ABŞ müdafiə nazirinin keçmiş müşaviri

“ABŞ təbii sərvətləri hesabına varlanmaq ümidiylə Rusiya ilə mübarizəyə başlayıb”.

 

Sfera.az bildirir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

 

“Vaşinqton müttəfiqlərinin, o cümlədən Londonun, eləcə də Nyu-Yorkdan idarə olunan beynəlxalq maliyyə ictimaiyyətinin dəstəyi ilə Rusiyaya qarşı müharibəyə təkcə rejimi dəyişmək deyil, onu məhv etmək və potensial olaraq parçalamaq məqsədi ilə başladı. Hesab edirəm ki, bunun arxasında böyük pul dayanır. Çünki Rusiyanın resursları, faydalı qazıntıları, nefti, qazı, qiymətli metalları, trilyonlarla dollarlıq kənd təsərrüfatı var”, deyə Duqlas  bildirib.

 

O qeyd edib ki, ABŞ hakimiyyəti Rusiyanın zəif olduğuna və onu ələ ala biləcəyinə inanır:

 

“Rəsmilər buna görə də Rusiyaya böyük təzyiq göstərmək lazım olduğunu düşünürlər. Biz Rusiya və onun silahlı qüvvələri ilə son dərəcə təhlükəli münaqişə və qarşıdurma yoluna qədəm qoymuşuq. Qərb ölkələri ötən əsrin 90-cı illəri və 2000-ci illərin əvvəllərində artıq Rusiyanı talamağa çalışırdılar. Lakin onlar məğlub oldular və Vladimir Putin tərəfindən qovuldular”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR