Azərbaycanda AĞIR QƏZA - Ölən var + FOTO

Azərbaycanda AĞIR QƏZA - Ölən var + FOTO

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, "Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

 

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 




OXŞAR XƏBƏRLƏR