Hər sətiri ürək parçaladı - Fahriye Evcendən ağladan paylaşım - FOTO

Hər sətiri ürək parçaladı - Fahriye Evcendən ağladan paylaşım - FOTO

Böyük dağıntılara səbəb olan əsrin fəlakətindən sonra bütün milyonlarla insan zəlzələ bölgəsinə yardım çatdırmağı öz üzərinə götürüb. Türk milləti zəlzələ qurbanlarının yaralarını sarmaq üçün əl-ələ verib. İlk gündən köməyə çağıran Fahriye Evcen son paylaşımı ilə də diqqət çəkib.

 

Sfera.az bildirir ki, Adıyamanda dağıntılar arasında anasını axtaran balaca Barışı sosial media hesabında paylaşan Evcen duyğulu sətirləri ilə hər kəsi kövrəldib.
 

Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Diyarbəkir, Adıyaman, Qaziantep, Malatya və Hatayda baş verən fəlakətdən sonra vətəndaşlar və sənət dünyasının tanınmış adlar zəlzələ qurbanlarının yaralarına məlhəm olmaq üçün bir ürək oldu.
 

Burak Özçivit və Fahriye Evcen cütlüyü də zəlzələ bölgəsinə yük maşını dolu yardım, paltar və yemək göndərərək, digər yardım təşkilatlarına da 600 min TL bağışlayıb.


Zəlzələnin ilk günündən sosial mediadan canlı yayımlarla ianə toplayan Burak Özçivit və Fahriye Evcen, Prf. Onlar Doktor Sinan Cananın YouTube yayımına qatılıblar. Yayımda zəlzələ qurbanları üçün təxminən 400 min dollar toplanıb.
 

Fahriye Evcen və Burak Özçivit zəlzələnin ilk günündən AFAD-a maddi və mənəvi yardım etdiklərini və bu yardımı davam etdirdiklərini bildiriblər.


Zəlzələnin ilk günündən onlarla paylaşım edərək insanlara dəstək olan cütlük izləyicilərindən də eyni dəstəyi gözlədiklərini dilə gətirib.
 

Bundan başqa, Fahriye Evcen Adıyamanda dağıntılar arasında anasını axtaran balaca Barışı paylaşıb.



Fahriye Evcen paylaşımına: "Balaca əllərindən öpərəm bala... İnşallah anan tapılar. Çünki bütün dünya bir araya gəlsə də, onun yerini tuta bilməz. Bu binaları tikərkən inşallah bu görüntülər gözünüzdən və vicdanınızdan silinməz..."-qeydini əlavə edib.

Açıklama yok.

Digər tərəfdən, Burak Özçivit ötən gün İnstaqram hesabında məktəb yaşlı bir uşağın zəlzələ qurbanları üçün yazdığı qeydi paylaşıb.

 

Sözügedən qeyddə: "Siz orada üşüsəniz, biz burada donarıq. Allah köməyiniz olsun. Mən sənə məktəb pulumu göndərirəm. Yiğitcan Kara Çoban. Bolu”-sətirləri yer alıb.

Açıklama yok.

Aynil


OXŞAR XƏBƏRLƏR