Azərbaycanlı yaşlı qadın Türkiyədə gündəm oldu

Azərbaycanlı yaşlı qadın Türkiyədə gündəm oldu

Maddi vəziyyəti yaxşı olmayan və yardımlarla dolanan 77 yaşlı Səkinə Kərimova cibindəki son pulu Türkiyədə zəlzələdən zərərçəkənlər üçün AFAD-a bağışlayıb.

 

Sfera.az bildirir ki, maddi vəziyyəti yaxşı olmayan, insanların köməkliyi ilə yaşayan 77 yaşlı Səkinə Kərimova cibinə yığdığı son pulu Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün AFAD-a göndərib. Kərimova çantasındakı pulu Türkiyəyə yardım üçün bağışladığını deyib. Yaşlı qadını hər səhər işə gedərkən görən və Kərimovanın yardımını AFAD-a göndərməsinə kömək edən Orxan Xəlil, "Sekinə nənə başqalarının köməyi ilə yaşayan, onların maddi dəstəyi ilə həyat mübarizəsi aparan qadındır.

 

Neçə vaxtdır görürəm. Bu səhər işə gələndə onu yenidən gördüm. Məni yanına çağırıb “cibimdə son 50 manatım var” dedi. O, pulunu Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndərmək istədiyini bildirib. Əvvəlcə götürmək istəmədim, amma ürəyini qırmaq istəmədiyim üçün pulu götürdüm. Daha sonra bank vasitəsilə AFAD-a ianə etdim”-deyə bildirib. Səkinə Kərimova Türkiyənin aparıcı xəbər agentliklərində günün mövzusu olub.

 

Aysel


OXŞAR XƏBƏRLƏR