“Ölsələr də, hallalıq vermərəm”
19:50 / 13.02.2023
15313
"Xəyanəti bağışlamıram. Xəyanət, yalan, oğurluq - bunlar keçiləsi şeylər deyil".
Sfera.az olay-a istinadən xəbər verir ki, bu sözləri Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Mətanət Eres yutubda yayımlanan "Mən" verilişinə müsahibəsində deyib. Sənətçi xəyanətlə bağlı sualı belə cavablandırıb:
"Həyatımda elə insanlar var ki, ölsələr də, halallıq vermərəm. Deyə bilərlər ki, sən kimsən halallıq vermirsən? Mən bəndəyəm, bağışlamıram. Bağışlayan Allahdır, ona görə də Allahdır. Hər şeyi keçən, bütün günahları bağışlayan Allahdır".