“Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov…” - Ramiz Rzayev

“Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov…” - Ramiz Rzayev

Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərarlara münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Ramiz Rzayev apa-ya açıqlamasında sözügedən əmlakların qanunun tələbinə uyğun olaraq müsadirədən azad olunduğunu deyib. Yəni, qeyd olunan əmlakların cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu sübut edilib: “Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Biz deyə bilmərik ki, bu Çovdarovdu, bu başqasıdır, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov… Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik. Dediyim kimi, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq”.

 

Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işinin müsadirə olunmuş əmlaklar hissəsi yeni baxışa qaytarılıb.

 

Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə 2022-ci ilin dekabrın 28-də qərar elan olunub. Qərara əsasən, Akif Çovdarovun yaxınlarının adına rəsmiləşdirilmiş 30 milyonluq əmlak xüsusi müsadirədən azad olunub.

 

Bundan başqa, bir neçə gün əvvəl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun cinayət işi üzrə müsadirə olunmuş bir neçə əmlak sahiblərinə geri qaytarılıb.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...