Türkiyə və Suriyada baş vermiş zəlzələdə neçə erməni ölüb? - Statistika  

Türkiyə və Suriyada baş vermiş zəlzələdə neçə erməni ölüb? - Statistika  

Türkiyədə və Suriyada baş vermiş zəlzələ nəticəsində 13 erməni həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Xəbərdə bildirilib ki, Türkiyədə bir erməni ailəsi tamamilə məhv olub.

 

“Antakyada bir soydaşımız, Diyarbəkirdə məşhur müğənni olan bir qurbanımız oldu. Adıyamanda isə hələ dəfn edilməmiş bir qurbanımız var. Ümumilikdə Suriyanın Hələb şəhərində zəlzələ səbəbilə 2 erməni ölüb. Yəni Türkiyədə 11, Suriyada iki qurbanımız var”, - deyə  Diasporla İş üzrə Baş Komissarın strategiyanın inkişafı şöbəsinin rəhbəri Hovhannes Aleksanyan məlumat verib.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR