“Zelenskinin sonu Adolf Hitler kimi olmalıdır” - Kadırov

“Zelenskinin sonu Adolf Hitler kimi olmalıdır” - Kadırov

“Zelenskinin sonu Adolf Hitler kimi olmalıdır”.

 

Sfera.az bildirir ki, bunu Çeçenistan lideri Ramazan Kadırov “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. O, Zelenskini öldürmək üçün hər hansı əmrin olmadığını deyib.

 

Çeçen liderinin sözlərinə görə, o, bu məsələni müxtəlif dairələrdə qaldırsa da, heç kim bu barədə danışmayıb. “Kiyev rejiminin nümayəndələri də bunu anlamalı və Hitlerin vaxtında etdiyi kimi addım atmalıdırlar. Fikrimcə, ən yaxşı davranış bu olardı”, deyə Kadırov əlavə edib.

 

O həmçinin, Ukrayna ilə danışıqları yanlış hesab etsə də, Zelenski ilə təkbətək danışıqlara hazır olduğunu bildirib. Çeçenistan rəhbəri deyib ki, o, bütün sənədləri imzalaya, Zelenskini razı sala bilər. Eyni zamanda Kadırov hesab edir ki, müvafiq əmr olsaydı, rus qoşunları Kiyevə çata bilərdi. O vurğulayıb ki, Rusiya tərəfdən Müdafiə Nazirliyinin, Milli Qvardiyanın bölmələri, polis və idarədən kənar bölmələr hazırdır. Onun sözlərinə görə, hər şey prezidentin qərarından asılıdır.

 

Xatırladaq ki, bir müddət əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin Kadırova Zelenskini aradan götürmək göstərişi verdiyi barədə xəbərlərin tamamilə cəfəngiyyat olduğunu açıqlamışdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR