Rusiyada deputat tüfənglə adam öldürdü

Rusiyada deputat tüfənglə adam öldürdü

“Vahid Rusiya”nın Tuva Ali Xuralının deputatı ov edərkən bir nəfəri güllələyib.

 

Sfera.az bildirir ki, hadisə Narın kəndi yaxınlığında baş verib.

 

Belə ki, deputat Eçis-Baldır Nurzat 100-150 metr məsafədə dürbündə bir obyekt görüb və tüfənglə atəş açıb. “Ovçular əraziyə çatanda güllə yarası almış bir kişinin cəsədini görüblər”, - deyə bildirilib.

 

Deputata qarşı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. Məlumata görə, Eçis-Baldır Nurzat hazırda ev dustaqlığındadır.

 

Qeyd olunub ki, hadisədən sonra ovçular özləri polisə müraciət ediblər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR