Dağıntılar altından sağ çıxanlar – Onlar sonradan hansı xəstəlikləri tapa bilər?

Dağıntılar altından sağ çıxanlar – Onlar sonradan hansı xəstəlikləri tapa bilər?

Türkiyədə ard-arda baş verə zəlzələlərdən 7 gün keçir. Dağıdıcı təsirə malik təbiət hadisəsi minlərlə insanın həyatına son qoysa da, dağıntılar altından hələ də sağ çıxarılanlar var.

 

Maraqlıdır, günlərlə qida və su qəbul etməyən, təbii ehtiyaclarını qarşılaya bilməyən insanlarda zəlzələ hansı izləri buraxacaq?

 

Sfera.az bu haqda kiçik araşdırmanı təqdim edir:

 

2011-ci il martın 11-də Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələdən sonra ölkənin şərq bölgəsində episentrə yaxın ərazidə yaşayanlarda baş gicəllənməsi hiss olunurdu. Yapon tədqiqatçıları Yasuyuki Nomura və Teru Toi bu halı "zəlzələdən sonrakı başgicəllənmə sindromu" adlandırmışdılar.

 

“Zəlzələdən sonrakı başgicəllənmə” sindromunda sağ qalanlar, xüsusilə evin və ya binanın içərisində oturarkən başgicəllənmə hiss edirlər. Həmin insanlarda stress pozğunluğu kimi emosional pozğunluqlar, habelə fəlakətin yaratdığı narahatlıq və daimi stress də ola bilər. Bu hala isə daha çox qadınlarda və hərəkətsizlikdən əziyyət çəkənlərdə rast gəlinir.

 

Dağıntılar altında qalan insanların bədənində sürətlə infeksiyaların yayılması hipovolemik şok və ya ekstremal ətraf mühit şəraitinə məruzqalma nəticəsində boğulma ilə nəticələnir. Bundan sonra isə insanda sususzluq, hipotermiya və yara infeksiyaları kimi xəstəliklər, problemlər əmələ gəlir.

 

Mütəxəssislərin sözlərinə görə, dağıntılar altından xilas edilmiş insanlar bir müddət sarsıdıcı xəbərlərdən uzaq dayanmalı, psixoloji terapiyadan keçməlidirlər. Eyni zamanda həmin şəxslərin həkim müşayiətində olması da zəruridir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR