ABŞ Rusiyaya qarşı “islamçı yaraqlılar” hazırlayır? - İDDİA

ABŞ Rusiyaya qarşı “islamçı yaraqlılar” hazırlayır? - İDDİA

Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ ordusunun Rusiya və keçmiş Sovet İttifaqındakı hədəflərə hücum etmək üçün islamçı yaraqlılar hazırladığına dair kəşfiyyat məlumatı alıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti İran və Əl-Qaidə ilə əlaqəli qruplara bağlı olan 60 belə yaraqlının Suriyada, Amerika bazasında təlim keçdiyini iddia edib. Qurum onların orduya cəlb edildiyi barədə kəşfiyyat məlumatlarına malik olduğunu bildirib.

 

“Onlara diplomatlara, dövlət qulluqçularına, hüquq-mühafizə orqanlarının zabitlərinə və silahlı qüvvələrin şəxsi heyətinə qarşı terror aktları hazırlamaq və həyata keçirmək tapşırılacaq”, - Xarici Kəşfiyyat Xidməti məlumatda qeyd edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR