Azərbaycan neftinin Ceyhandan daşınmasına başlanıldı

Azərbaycan neftinin Ceyhandan daşınmasına başlanıldı

Ceyhan limanından Azərbaycan neftinin ixracına yenidən başlanılıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumat BP şirkətindən bildirilib. 


Hazırda terminalda Azərbaycan neftinin tankerlərə doldurulnması davam edir. Ceyhan terminalından neft ixracına bazar günü günortadan sonra başlanılıb. 


Xatırladaq ki, Türkiyənin 10 əyalətində, o cümlədən Adanada güclü zəlzələnin baş verməsindən sonra təhlükəsizlik məqsədilə Ceyhan limanında yerləşən terminala neft göndərilməsi dayandırılmışdı. Terminal zəlzələnin episentrindən çox uzaqda yerləşsə də, neft ixracı ilə bağlı fors-major vəziyyəti elan edilmişdi. 


BP Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini idarə edir və bu kəmər vasitəsilə əsasən Azərbaycan xam nefti Ceyhana nəql edilir və oradan tankerlərlə ixrac olunur. Kəmərlə həm də Türkmənistan və Qazaxıstan nefti daşınır. BTC-nin gündəlik hasilat gücü 1,2 milyon bareldir. Real ixrac göstəriciləri isə 1 milyon barel səviyyəsində olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR