Rəisi onlayn çıxışını kəsənləri tövbə etməyə çağırdı

Rəisi onlayn çıxışını kəsənləri tövbə etməyə çağırdı

“Edaalat Ali” qrupunun hakerləri İran Prezidenti İbrahim Rəisinin İslam İnqilabının 44-cü ildönümü ilə bağlı çıxışının onlayn yayımını pozublar.

 

Sfera.az xəbər verir ki, Rəisinin dövlət televiziyasında çıxışı maskalı şəxsin iranlıları etirazlara qoşulmağa və “korrupsioner rejim”in banklarından pul çıxarmağa çağırdığı video ilə kəsilib. 44 saniyəlik video İslam Respublikası və İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyə “ölüm” diləməklə bitib.

 

İran mediası hücumun yalnız internetdə baş verdiyini yazır.

 

CNN-in məlumatına görə, bundan sonra Tehranın "Azad" meydanında İran hökumətinin lehinə etirazçılar toplaşıb. Rəisi də öz növbəsində onun devrilməsini tələb edən gəncləri tövbə etməyə çağırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR