Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini AÇIQLADI

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini AÇIQLADI

Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı məlumat açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə “Politico” qəzeti diplomatlara və rəsmilərə istinadən yazı dərc edib. Nəşrin məlumatına görə, artıq  Aİ dövlətlərinin daimi nümayəndələri öz ölkələrinin hakimiyyət orqanlarını təkliflər barədə məlumatlandırıb və onlar yeni məhdudiyyətlər paketini çərşənbə günü müzakirə edəcəklər. Sözügedən sanksiyalar paketinə isə bunlar daxildir:

 

1. “Alfa-Bank” da daxil olmaqla dörd banka qarşı məhdudiyyətlər. Nəşrdə sanksiyalarla təhdid edilən digər kredit təşkilatlarının adları göstərilməyib.

 

2. 130 fiziki və hüquqi şəxs üçün məhdudiyyətlər.

 

3. Fiziki şəxslər arasında yüksək rütbəli Rusiya hərbçiləri, Rusiya Federasiyasının tərkibində yeni ərazilərdən olan məmurlar və dövlət mediasında, xüsusən də RT telekanalında çalışan jurnalistlər var.

 

4. Hüquqi şəxslər arasında isə Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinən Birləşmiş Ərəb Əmirliklərindən olan gəmiçilik şirkəti var. Digər ölkələrdə, xüsusən Mali və İranda hansısa şəkildə Rusiya və ya “Vaqner”qrupuna bağlı olan şirkətlər və şəxslər də sanksiyalara düşə bilər.

 

5. “Yük maşınları, digər ağır nəqliyyat vasitələri, tikinti maşınları, nasoslar” kimi Avropa mallarının Rusiya Federasiyasına ixracına qadağa.

 

6. Rusiyanın rezin və bitum idxalından imtina.

 

Qeyd edək ki, son bir il ərzində Avropa İttifaqı Rusiya Federasiyasına qarşı doqquz sanksiya paketi təqdim edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR