Kulebadan “böyük sürprizlərə hazır olun” AÇIQLAMASI

Kulebadan “böyük sürprizlərə hazır olun” AÇIQLAMASI

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müharibənin başlamasının birinci ildönümündə, yəni fevralın 23 və 24-də “böyük hadisələrin” gözlənildiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, nazir həmin tarixdə mühüm siqnalların olacağını deyib.

 

“Çox mühüm siyasi siqnallar olacaq, sanksiyalar, silahlarla bağlı qərarlar olacaq. İcazə verin, belə deyim, Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün 1 illiyini dünyanın necə qeyd edəcəyini xatırlayacaq”, - Kuleba bildirib.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının sessiyasında çıxış etmək üçün fevralın 24-də Nyu-Yorka getməyi planlaşdırır.

 

"Bloomberg"in verdiyi məlumata görə, G7 ölkələri fevralın 24-də məhdudiyyətlərdən yayınaraq Rusiyaya kömək etdiklərinə görə Çin, İran və Şimali Koreya şirkətlərinə sanksiya tətbiq edə bilər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR