Türkiyə bu qadından danışır: Zəlzələ zamanı qaçmaq əvəzinə... - VİDEO

Cəmiyyət
10:45 / 13.02.2023
5023
Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı təhlükəsizlik kamerası tərəfindən lentə alınan daha bir video yayılıb.
Sfera.az xəbər verir ki, yayılan görüntülər Qaziantepdə yerləşən İnayət Topçuoğlu Xəstəxanasında lentə alınıb.
Belə ki, zəlzələ anında Şeyma Alakuş adlı tibb bacısı çölə çıxmaq əvəzinə, palatalar olan yerə doğru qaçıb. Onun öz canından əvvəl xəstələrinin təxliyəsini düşünməsi sosial şəbəkədə rəğbətlə qarşılanıb.
Həmin anın videosunu təqdim edirik: