"Kuruluş Osman"ın aktyoru və xanımı zəlzələdə həlak oldu - FOTO

Maqazin
18:38 / 12.02.2023
9774
Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.
Sfera.az xəbər verir ki, onlarla bağlı axtarış günlərdir davam edir. Diyarbakırın Yenişehir bölgəsində doqquzmərtəbəli bir binanın altında qalan cütlüyün cansız bədəni tapılıb.
Çağdaş "Kuruluş Osman" serialında rol alıb. Zilan isə müxtəlif dillərdə səsləndirdiyi mahnılarla tanınırdı.(axşam.az)