“Türkiyə zəlzələdən də ağır fəlakətlə üzləşə bilər” – ÜST-dən HƏYƏCAN TƏBİLİ

“Türkiyə zəlzələdən də ağır fəlakətlə üzləşə bilər” – ÜST-dən HƏYƏCAN TƏBİLİ

“Türkiyədə baş verən zəlzələdən sağ çıxanların çoxu açıq havada və ağır şəraitdə yaşayır. Bu vəziyyətdə minlərlə insanın ölmə ehtimalı var. Hətta zəlzələdən sonra ölənlərin sayı zəlzələ nəticəsində ölənlərin sayına çata bilər”. 


Sfera.az “rbc.ru”ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hadisələrə Müdaxilə Departamentinin sözçüsü Robert Holden CNN-ə açıqlamasında bildirib. 


Onun sözlərinə görə, sağ qalanların çoxu su, yanacaq, elektrik enerjisi və digər həyat əhəmiyyətli təminatlardan məhrum olub: “Axtarış-xilasetmə işlərində olduğu kimi sağ çıxanların normal şəraiti olan yerlərdə məskunlaşdırılmasını sürətləndirməliyik. Əks təqdirdə zəlzələdən daha çox insanın ölümünə səbəb olan ikinci fəlakətlə üzləşmə təhlükəsi var". 


O qeyd edib ki, həm Türkiyə, həm də Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə havanın temperaturunun aşağı olması problemləri daha da dərinləşdirir: “Məsələn, Suriyanın Hələb şəhərində bu həftəsonu minimum temperatur mənfi 2-3 dərəcə olacaq”.


ÜST qida və təmiz su çatışmazlığının ağır epidemiya yaradacağından da narahatdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR