Rusiyaya dost dövlətlər AÇIQLANDI - SİYAHI

Rusiyaya dost dövlətlər AÇIQLANDI - SİYAHI

Rusiya Federasiyasının 14 postsovet ölkəsindən 8-i ilə rabitəsi yaxşı vəziyyətdədir. 


Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyada Kommunikasiyanın İnkişafı üzrə Milli Elmi-Tədqiqat İnstitutunun dost dövlətlər reytinqinin son nəticələrində məlumat verilib.


Məlumatda qeyd olunur ki, siyahıda ilk üç yerdə  Belarus, Qırğızıstan və Özbəkistan dayanıb. Növbəti iki yerdə isə Qazaxıstan və Ermənistan yer alıb. Azərbaycan siyahıda  7-ci, Ukrayna isə 14-cü yerdə qərarlaşıb.

Bundan əlavə, analitiklərin tərtib etdiyi reytinq cədvəlinə əsasən, Gürcüstan və Moldova “nisbətən dost” ölkələr sırasında yer alıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR