"Naxçıvan" Universitetinin könüllüləri Türkiyəyə yardım üçün yolla düşdülər - VİDEO

“Naxçıvan" Universitetinin könüllü tələbələri qardaş ölkədə baş verən və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərər çəkənlərə yardım etmək məqsədilə Türkiyəyə yola düşüblər.

 

Sfera.az xəbər verir ki, tələbələr tətil günlərini öz doğma evlərində deyil qardaşlarına yardım etməklə keçirməyin daha vacib olduğunu vurğulayıblar. Onlar dəstələrə bölünərək zəlzələ bölgəsində koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklərini bildiriblər. 

 

Gənc könüllülərimiz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə zərər çəkmiş vətəndaşlara əsasən yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

 

Tələbələrimiz qərara alıblar ki, fəlakət zonasında işlər tam sahmana düşənə qədər Türkiyə vətəndaşlarının xidmətində olsunlar. 


 

 


OXŞAR XƏBƏRLƏR