"Bu məsələ həm ABŞ, həm də Blinken üçün prioritetdir" - Patel

"Cənubi Qafqazda sülhün dəstəklənməsi təkcə ABŞ administrasiyası üçün deyil, həm də dövlət katibi Entoni Blinken üçün dəyişməz prioritet olaraq qalır".

 

Sfera.az xəbər verir ki, bu barədə brifinq zaman ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

 

Onun sözlərinə görə, ABŞ bu məsələyə diqqətini davam etdirəcək.

 

“Rusiyanın Ukraynaya qarşı aqressiyası və birtərəfliliyi səylərin bir sıra istiqamətlərinə xələl gətirdi, Minsk Qrupu formatında bir sıra səmərəli iş perspektivlərini sarsıtdı”, - Patel bildirib.

 

Diplomat vurğulayıb ki, ABŞ Avropa İttifaqı mexanizmləri və  ATƏT vasitəsilə sülhün dəstəklənməsinə yönəlmiş əməkdaşlığa sadiq qalır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR