Suriya zəlzələdən sonra sel problemi ilə üz-üzədir

Suriya zəlzələdən sonra sel problemi ilə üz-üzədir

Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra əhali bu dəfə də sel problemi ilə üz-üzə qalıb.

 

Sfera.az xəbər verir ki, Türkiyə sərhədinə yaxın İdlib bölgəsində El Tol qəsəbəsini su basıb.

 

Əhali zəlzələdən sonra bənddəki çatları görüb onu qum torbaları ilə möhkəmləndirməyə çalışsa da, ötən gün yağan yağışın artması səbəbindən daşqın baş verib.

 

Qeyd edək ki, Suriyada zəlzələ səbəbilə həyatını itirənlərin sayının 3553 olduğu açıqlanıb.

Bu müddətdə ABŞ Suriyaya yardıma icazə vermək üçün sanksiyalardan 180 günlük imtina etdiyini açıqlayıb. Dəməşq rəhbərliyi müxalif bölgələrə humanitar yardımın çatdırılmasına icazə verəcəyini bildirib, Suriya Prezidenti Bəşər Əsəd isə dünən ilk dəfə zəlzələ bölgəsinə gedib və Hələbdəki xəstəxanaya baş çəkib.

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR