Polisdən ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlaqədə olan dəstə üzvləri saxlanıldı - VİDEO

Polisdən ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlaqədə olan dəstə üzvləri saxlanıldı - VİDEO

Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. 

 

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov onun başçılıq etdiyi dəstənin üzvləri Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və  Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Qeyd edilən yerlərdən ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub.

 

Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan “Əsgər” adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər. Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmaq, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkəklərinə göndərməyi planlaşdırıblar. Həmin narkobaronun ölkədəki əsas dayaqları - Bəhruz Beybudov, Əlifağa Hadıyev və Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik. 

 

Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 3 şəxs  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...