"Azərbaycan İranla danışıqlara keçib yardım üçün mexanizm yaratmalıdır

"Mən düşünürəm ki, Azərbaycan İranla danışıqlara keçib, zəlzələ qurbanlarına yardım üçün mexanizm yaradılmasına çalışmalıdır". 


Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov bildirib.

 

O, Azərbaycanın bu məsələ ilə bağlı İrana təklif verdiyini diqqətə çatdırıb:


"İran Azərbaycanın yardım təklifini iki səbəbdən istəmir. Birincisi, Azərbaycanın Cənubla bağlı tarixi-siyasi baxışları fonunda İranda zəlzələ qurbanlarına yardım Bakının nüfuzunu daha da artırar. İkinicisi, İran özü İrandakı azərbaycanlılara yardım etməməklə Azərbaycandan acıq çıxmaq kampaniyasını stimullaşdırır. Biz isə Cənubdakı soydaşlarımızı da unutmalı deyilik. Bu arada, Xamenei aşiqləri, Qasım Süleymaniyə yas saxlayanlar Cənubdakı soydaşlarımızdan bəhs etməzlər". 

 

Ekspert iranpərəstlərdə ədalət hissinin olmadığını da vurğulayıb:

 

"Milli hiss bir yana, onsuz da fars-molla rejiminin nağılları bu hissləri çoxdan dəfn etdirib. Heç olmasa, ədalət hissi olsun. Bu da olan deyil, İran ali rəhbərinin üstünə toz qondurmayana, Azərbaycanı hədələyən SEPAH generalına ağı deyənlərdə ədalət hissimi olar?".

 

Xatırladaq ki, yanvarın 18 və 28-də İranda azərbaycanlıların daha çox məskunlaşdığı Xoy əyalətində zəlzələ baş verib. Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb. Hazırda soydaşlarımız soyuq hava şəraitində çadırlarda, müxtəlif ehtiyaclar içərisindədirlər.

 

Əzizə Zeynal


 


OXŞAR XƏBƏRLƏR