Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 20 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 20 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb.


Sfera.az xəbər verir ki, Türkiyə Səhiyyə naziri Fahrettin Koca keçirdiyi brifinqdə zəlzələnin 20 213 nəfərin həyatına son qoyduğunu bildirib.
 

Faciə qurbanlarından bəzilərinin şəxsiyyəti hələ də müəyyən edilməyib, cəsədlərin fotoşəkilləri daha sonra tanınması üçün məlumat bazasına yüklənir. Nazirin sözlərinə görə, 80 mindən çox insan xəsarət alıb.
 

Təbii fəlakət zonasından 86 754 nəfər təxliyə edilib.
 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin dövlət bayraqları yarıya qədər endirilib.


Təkcə Şanlıurfa şəhərində 1,5 minə yaxın insan bir neçə gecə çadırlarda yatır
 

Britaniyanın BBC radiostansiyası BMT ekspertlərinə istinadən bildirib ki, qurbanlar və dağıntıların tam mənzərəsi hələ məlum deyil.
 

On minlərlə sağ qalan evsiz insanlar soyuqdan ticarət mərkəzlərinə, məscidlərə və stadionlara sığınır. Şanlıurfa şəhərində 1,5 minə yaxın insanın bir neçə gecədir ki, çadırlarda yatır. Buranın ən çox təsirlənən yerlərdən biri olduğu bildirilir.
 

Fevralın 6-dan Suriyanın İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində də axtarış-xilasetmə əməliyyatları davam edir.


Suriyanın İdlibində və Dəməşqin nəzarətində olmayan ərazilərdə ölkədə fəaliyyət göstərən yerli hakimiyyət orqanları və səhiyyə təşkilatları tərəfindən ən azı 2166 nəfər ölüb, 2950 nəfər yaralandığı bildirilib.


Hələb, Latakiya, Hama və Tartus əyalətlərində rejimin nəzarətində olan bölgələrdə 1387 nəfər ölüb, 2326 nəfər yaralanıb.
 

“Fitch” beynəlxalq reytinq agentliyinin məlumatına görə, fevralın 9-na olan məlumata görə, Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində iqtisadi ziyan 4 milyard dolları keçə bilər.
 

“Vitse” nəşri isə insanların əsasən sosial şəbəkələr sayəsində sağ qalmağı bacardığını yazıb. Dağıntılar altında qaldıqdan sonra insanlar WhatsApp, Instagram və Twitter vasitəsilə yerlərini göstərib, xilasedicilər və dostları onları tez tapıblar.

 

Aysel


OXŞAR XƏBƏRLƏR