12 yaşlı uşaq zəlzələdə 8 nəfərlik ailəsini xilas etdi - Özünün cansız bədəni aşkarlandı

12 yaşlı uşaq zəlzələdə 8 nəfərlik ailəsini xilas etdi - Özünün cansız bədəni aşkarlandı

Diyarbəkirdə 12 yaşlı Rüzgar Taş zəlzələdə ailəsini oyandıraraq qaçmağa kömək edərkən, özü çökən binanın altında qalaraq həyatını itirib.


Zəlzələdə Diyarbəkirdə dağılan binalardan biri də Taş ailəsinin yaşadığı mərkəz Bağlar rayonundakı "Yoldaş" yaşayış binası olub.
 

Sfera.az bildirir ki, zəlzələ zamanı oyaq olan 12 yaşlı Rüzgar Taş sallanmanı hiss etdiyi zaman anası, atası və 6 bacı-qardaşını yuxudan oyandırıb. Rüzgarın 5 bacı-qardaşı binadan çıxaraq ərazidən uzaqlaşa biliblər. Rüzgar və anası, atası və böyük qardaşı çölə çıxmaq istəyərkən uçan binanın altında qalıblar.
 

Rüzgarın əmisi və ətrafdakıların köməkliyi ilə ana Nebahat, ata Halim Taş və qardaşı yaralı halda dağıntılar altından çıxarılıb, Rüzgarın isə cansız cəsədi tapılıb.


İtirdiyi övladının fotosuna baxaraq duyğulu anlar yaşayan kədərli ana Nebahat Taş zəlzələ zamanı yatdıqlarını, oğlu Rüzgarın bütün ailə üzvlərini oyadaraq qaçmağa kömək etdiyini bildirib.
 

Taş:


 

“Zəlzələ o qədər güclü idi ki, evin divarlarından yapışdıq. Bu zaman Rüzgar quş kimi çırpınaraq “Qorxma, ana, ana dayanar, qorxma, ana” deyirdi. Bir əli ilə divardan, digəri ilə isə mənim əlimdən tuturdu. Hamımız təlaş içindəydik, nə etdiyimizi bilmirdik. Bu qədər tələsik pilləkənləri 4-5-ə necə endiyimizi bilmədim”-deyib.
 

Oğlu ilə arasında bir metrlik məsafənin olduğunu bildirən Taş:
 

“Elə bir partlayış oldu ki, bina parça-parça oldu. Gözümü açanda yerin altında idim. Bu zaman həyat yoldaşımın səsi gəldi. Qaranlıq idi, heç nə görmürdüm. Başımdan qan gəlirdi. Ona dedim ki, Həlim, başıma çox qan gəlir. Mənə dedi ki, mən də dağıntılar altındayam. Bu zaman qızımın səsi gəldi. Binanın çıxışında 4 gənc var idi. Həmin gənclərdən birinin meyiti mənim üzərimdə idi. Digəri isə əli ilə ayağımı tuturdu”.
 

Nebahat Taş oğlunun səsini heç eşitmədiyini, ərinin qışqıraraq kömək istədiyini deyib.
 

“Mən Rüzgardan heç bir səs eşitmədim. Əlimdə su borusu ilişmişdi, onu çıxartdım. Başıma ilişmiş stəkanı çıxartdım. Telefonuma davamlı zəng gəlirdi. Zəng edən Rüzgarın müəllim idi, amma götürə bilmədim. Qonşuluqdakı dükançılar da, hər kəs zəng edirdi, telefonu aça bilmirdim. Yoldaşım qışqıran kimi qaynımın səsini eşitdim. "Sizi xilas edəcəm" dedi. Əvvəlcə böyük qardaşını çıxartdı. Sonra böyük səylə məni çıxartdı. Böyük oğlum dedi ki, ana, Rüzgar yoxdur”dedi.

Taş birinci mərtəbəyə enərkən binanın çökəcəyini anladıqlarını və sütunların tamamilə partladığını gördüklərini bildirib.
 

“OĞLUM MƏLƏK OLDU”
 

Nebahat Taş Rüzgarın çox ağıllı, mərhəmətli, dostlarını sevən, dostları ilə uyğunlaşan, futbolsevər bir uşaq olduğunu açıqlayıb. Oğlum mələk oldu. Mən çox çarəsizəm. Övlad acısı qədər çətin bir şey yoxdur” deyir.
 

Oğlunun cənazəsini dəfn edən Nebahat Taş cibində məzardan bir ovuc torpaq saxlayıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR