Dünya ulduzları Türkiyəyə dəstək yağdırır

Dünya ulduzları Türkiyəyə dəstək yağdırır

Türkiyəni sarsıdan zəlzələlərdən sonra Selena Qomez, Cennifer Lopez və Şakira kimi dünyaca məşhur ulduzlar Türkiyəyə dəstək verməyə davam edib.
 

Sfera.az bildirir ki, Selena Qomez, Cennifer Lopez və Şakira da daxil olmaqla dünyanın məşhur ulduzları zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.
 

ABŞ-lı müğənni və aktrisa Selena Qomez 377 milyon izləyicisi olan İnstaqram səhifəsində dağıntılar altından xilas edilən uşağın fotosunu və UNICEF-in yardım kampaniyasının linkini paylaşaraq, “Suriyada və Türkiyədə zəlzələdən zərər çəkənlər üçün ürəyim parçalandı”yazıb.


Şakira dağıntılar altından xilas edilən uşağın fotosunda Türkiyə və Suriyada baş verən zəlzələnin uşaqlar üzərində dağıdıcı təsirinə işarə edərək, yardım kampaniyasının linkini İnstaqram hesabında izləyiciləri ilə paylaşıb.
 

ABŞ-lı müğənni və aktrisa Cennifer Lopez Türkiyə və Suriyadakı pərəstişkarlarına dəstək göndərdiyini ifadə edərək: "Bu, demək olar ki, 100 ildə regionda baş verən ən güclü zəlzələdir" paylaşımını edib. Öz izləyicilərini UNIFEC-in ianə kampaniyasına yönəldən Lopez zəlzələdən zərər çəkmiş uşaqların ehtiyaclarını ödəmək üçün köməyə çağırıb.
 

Məşhur hind aktrisası Cennifer Vinqet öz Twitter hesabında zəlzələ bölgələrindən olan görüntüləri böyük kədərlə izlədiyini və həlak olanlar üçün dua etdiyini bildirib.
 

“Kayıp” və “24” serialları ilə tanınan amerikalı aktrisa Lana Parrilla Türkiyə və Suriya üçün dua etdiyini deyib: “Bu xarabalığa görə çox üzgünəm. Bunu təsvir etməyə söz tapa bilmirəm”.
 

Fransız model Sebastien Betsch Instagram hesabındakı mesajlarında zəlzələdən sonra çəkilmiş dağıntılar fotosu ilə yanaşı Türkiyədə çəkdirdiyi fotolardan da istifadə edib. İzləyicilərini AHBAP dərnəyinə ianə verməyə səsləyən Betsch, Türkiyənin iki böyük zəlzələ ilə dərindən sarsıldığını ifadə edərək:
 

“Türk xalqının səxavətinə şəxsən şahid olduğum üçün çox şanslı oldum. İndi onların səxavətini ödəmək sırası bizdədir”-paylaşdı.
 

İspan musiqiçi Enrike İqlesias “Save The Children” təşkilatının yardım kampaniyasını sosial media hesablarında paylaşaraq:
“Türkiyə və Suriyanın hazırda bizim köməyimizə ehtiyacı var. İmkanınız varsa, sevginizi, dəstəyinizi və ianələrinizi göndərin”.
 

Dünya şöhrətli aşpaz Ceymi Oliver də hər iki ölkədə zəlzələdən zərər çəkənlərin acısını paylaşdığını vurğulayaraq, Böyük Britaniyada yerləşən Fəlakət Təcili Yardım Komitəsinin (DEC) Türkiyə və Suriya üçün başlatdığı yardım kampaniyasını paylaşıb.
 

ABŞ-lı aktrisa Sofiya Karson UNICEF-in yardım kampaniyası ilə bağlı İnstaqram hesabında paylaşdığı görüntüdə Türkiyədəki uşaqların dünyanın hər yerindən köməyə ehtiyacı olduğunu vurğulayıb.


Aynil
 


OXŞAR XƏBƏRLƏR